Yol polisindən 6 rəqəmli nömrələrlə bağlı RƏSMİ AÇIQLAMA

  • Müəllif: Firuzə
  • 21 Noyabr 2025 17:33

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenanti Rövşən Tağıyev Avtosfer.az-a açıqlamasında 6 rəqəmli yeni dövlət nömrə nişanları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Gununsesi.info  xəbər verir ki, 6 rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq”.

 

Gununsesi.info