Yollarla bağlı xəbərdarlıq olundu: buz bağlayacaq

  • Müəllif: Ayshan
  • 25 Dekabr 2025 20:33

Dekabrın 26-da gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Gununsesi.info