Zərdabda neft çəni yandı

  • By admin
  • 30 May 2022 14:17

Zərdab şəhərində “Aqroservis” ASC-nin ərazisində tutumu 80 ton olan çənin (kəsilməkdə olan) içərisində neft qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yaxınlıqdakı çənlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info