Zaxarova: Rusiya Trampın cavab səfərini gözləyir

  • Müəllif: Firuzə
  • 03 Sentyabr 2025 11:36

Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın cavab səfərini gözləyir.

Gununsesi.info-nun Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ölkəmizin prezidenti bunu Alyaskadakı sammitdə iştirakından sonra deyib. O, müvafiq açıqlamalar verib. Mən də ondan sitat gətirə bilərəm. O, ABŞ rezidentini açıq şəkildə Rusiyaya dəvət edib”, – Rusiya XİN rəsmisi vurğulayıb.

 

Gununsesi.info