Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir – VİDEO

  • By admin
  • 18 Avqust 2021 12:26

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorların (ZTR) ekipajları döyüş vərdişlərini təkmilləşdirir.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, ümumqoşun poliqonlarında keçirilən təlimlər zamanı bölmələrin şəxsi heyəti  ZTR ekipajları ilə qarşılıqlı əlaqədə müxtəlif döyüş tapşırıqlarını uğurla icra edir.

Məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə peşəkarlığın yüksəldilməsidir.

Gununsesi.info