Ziyafət Əsgərov: “Qubad İbadoğlunun həbsində siyasi məqamlar yoxdur” - EKSKLÜZİV MÜSAHİBƏ

  • By admin
  • 25 İyul 2023 13:44

Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbsi birmənalı qarşılanmayıb.

London Universitetinin müəllimi olan İbadoğluna qarşı saxta pul hazırlama, saxlama satma ittihamının qurama olduğunu deyən ictimai-siyasi qurumlar, həmçinin ayrı-ayrı ziyalılar onun azadlığını istəsələr də hökumət tərəfdarları əksini deyir. 

 

Milli Məclisin deputatı Ziyafət Əsgərov Gununsesi.info-ya müsahibəsində bu barədə danışıb.

Ziyafət müəllim, Qubad İbadoğlunun həbsini necə qarşıladnız? 

– Ortada istintaq orqanının əlində olan sübutlar və ona adekvat olan cinayət işi var. İstintaqın gedişində hərtərəfli, obeyktiv araşdıma olacaq və buna hüquqi qiymət veriləcək.

– Hökumətin əsas tənqidçisi kimi onun  siyasi fəaliyyətinə görə həbs olunduğu iddiasını qəbul edirsinizmi? 

-Qətiyyən, Azərbaycanda siyasi fəaliyyətinə görə heç kəs həbs olunmur. Qubad İbadoğlu ilə bağlı ortada konkret maddə var. İstintaq gedəcək, məhkəmə olacaq, hər şeyə hüquqi qiymət veriləcək.

Amma bu tipli həbslər Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda, o cümlədən insan haqları qurumlarında bizim tənqidimizə səbəb olur…

-Beynəlxalq təşkilatlar çox şey deyə bilər. Sizi beynəlxalq təşkilat yoxsa,  mənim fikrim maraqlandırır?  Siz məndən bu məsələni soruşursunuz, mən də deyirəm ki, bu həbsdə hər hansı siyasi məqam yoxdur.

Təcrübə göstərib ki, bu cür həbslərdən sonra Avropa Məhkəməsi o adamların günahsızlığını sübut edən qərarlar çıxarıb və hökumət onlara təzminat ödəyib…

– Siz artıq indidən Avropa İnsan Hüquqları Məhkəməsinin adından danışırsınız. Mənə sual verdiniz, mən də mövqeyimi ifadə elədim. Siz  Avropa Məhkəməsinin adından danışa bilmərsiniz.

 

Pərviz Həşimli

Gununsesi.info