Əfv olunanlar arasında 38 siyasi məhbus və 1 terrorçu var

  • By admin
  • 18 Mart 2021 17:40

Bu gün  əfv olunmuş 625 nəfərin arasında 38 nəfər siyasi məhbus var, bu barədə Turan-a hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib.

Onların arasında 2015-ci ildə Nardaran qəsəbəsində baş vermiş iğtişaşlarla bağlı mühakimə olunmuş 28 nəfər var.

Xalq Cəbhəsi Partiyasının 4 üzvü və onların arasında jurnalist Elçin İsmayıl da azad edilib.

2018-ci ildə Gəncədə baş vermiş iğtişaşlar işi üzrə mühakimə olunmuş bir nəfər azad edilib.

Məktəbdə hicabın qadağan edilməsinə etiraza görə məhkum edilən İslam  Partiyası üzvlərindən biri azadlığa çıxıb.

Digər bir siyasi məhbus isə xaricdə yaşayan siyasi mühacirin qohumudur.

Qeyd edək ki, əfv olunanlar arasında 1994–cü ildə Bakı metrosunda törədilmiş terror aktına görə 2001-ci ildə ömürlük mühakimə olunmuş Azər Aslanov da var. Bugünkü fərmanla onun cəza müddəti 25 ilə dəyişdirilib və beş ildən sonra azadlığa çıxacaq.

1994-cü ildə Azər Aslanov Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Bakı metrosunda terror aktı törətmişdi, nəticədə 13 nəfər həlak olub və 42 nəfər yaralanmışdı. 

Gununsesi.info