Əlcəzairdən Fələstinə 30 milyon dollar dəstək – İsrailin törətdiyi Cenin qətliamı üçün hərəkətə keçdilər

  • By admin
  • 07 İyul 2023 17:15

Əlcəzair İsrailin işğal altında tutduğu Qərbi Şəriədəki Cenin şəhərinə edilən basqından sonra hərəkətə keçib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Əlcəzair hökuməti şəhərin yenidən qurulması üçün 30 milyon dollar ayrılıb.

Əlcəzair hökuməti açıqlamasında bu cümləyə yer verib.

“Sionist işğalçı qüvvələrin Cenin şəhərinə və düşərgəyə etdiyi barbar hücumun ardınıdan şəhərin yenidən inşasına yardım etmək üçün 30 milyon dollarlıq maliyyə ayrılacaq”.

 

Tərcümə: Arzu

Gununsesi.info