Əfv olunan 11 qadın azadlığa buraxıldı

  • By admin
  • 19 Mart 2021 11:00

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanıb.

Müəssisədən sərəncam şamil edilən 12 nəfər qadından 11-i azadlığa buraxılıb, 1 qadının isə cəzası azaldılıb.

Gununsesi.info xəbər verir ki, Prezidentin imzaladığı sərəncamla 475 məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, cərimə cəzasına məhkum edilmiş 23 nəfər cəzadan azad ediliblər.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum edilmiş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

Sərəncam 6 xarici ölkədən olan 23 əcnəbiyə də şamil olunub.

Gununsesi.info