Ən çox istifadə olunan hava limanı məlum olub

  • By admin
  • 19 Yanvar 2021 20:00

2020-ci ildə İstanbul beynəlxalq hava limanından 23,4 milyon sərnişin istifadə edib.

Bu göstəriciyə görə İstanbul aeroportu ən “yüklənmiş” hava limanı olub.

2019-cu ildə İstanbul hava limanından istifadə edənlərin sayı 52,5 milyon nəfər olmuşdu.

Ötən il sərnişin sıxlığına görə ikinci Parisin Ruassi (22,3 milyon nəfər), üçüncü isə Londonun Hitrou (22,1 milyon nəfər) hava limanları olub.

İlk beşliyi Amsterdamın Sxiphol (20,9 milyon nəfər) və Moskvanın Şeremetyevo (19,8 milyon nəfər) hava limanları tamamlayıb.

 

Gununsesi.info