Ərdoğan Avropa İttifaqı və NATO liderləri ilə danışıqlar aparacaq

  • By admin
  • 23 Sentyabr 2020 14:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı və NATO liderləri ilə danışıqlar aparacaq.

Gununsesi.info-nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Türkiyə Prezidenti Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə videokonfrans formatında görüşəcək.

Türkiyə Prezidenti və NATO Baş katibi Yens Stoltenberq arasında isə telefon danışığı olacaq.

Qeyd edək ki, dünən R. T. Ərdoğan Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlar aparıb.

 

 

Gununsesi.info