Ərdoğan Azərbaycana bu tarixdə gələcək

  • By admin
  • 09 İyun 2023 13:24

Türkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır.

Gununsesi.info “Bugün Kıbrıs” portalına istinadən xəbər verir ki, Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək.

Bir gün sonra, iyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, həmkarı Prezident İlham Əliyev ilə görüşəcəyi bildirilir.

Qeyd edək ki, Ərdoğanın Bakı səfəri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Gununsesi.info