Rusiyada PUA yaşayış binasına çırpıldı - Fotolar

Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.

Gununsesi.info “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Qusev açıqlayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 2 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən, PUA-nın mənzillərin eyvan və pəncərələrinə ziyan vurduğunu görmək mümkündür. Hazırda hadisənin detalları araşdırılır.

 


Gununsesi.info