Ərdoğanın mühafizəçisi bu məktubu yazıb intihar etdi

  • By admin
  • 19 Mart 2021 05:49

Türkiyənin prezidenti Rəcəb Tayyib  Ərdoğanın cangüdəni intihar edib.

Gununsesi.info xəbər verir ki, 1993 təvəllüdlü polis məmuru Mehmet Ali Bulut intihar etməmişdən əvvəl məktub yazıb.

O, bunları yazıb:
İşçilərinizi aşağılamaq, təhdid etmək, işindən azad etmək, yalançı yerinə qoymaq ən yaxşı bacardığınız işdir. Hər insanın qüruru var və mən o sözləri qəbul edə bilmərəm. Kaş yuxarıda yazdıqlarımın yerinə işçilərinizlə maraqlanıb, onların vəziyyətlərini öyrənsəydiniz. Cənazəmə Mustafa Yavuzkanat rəisim xaric heç bir rütbəlinin gəlməsini istəmirəm.
Bundan sonra Cümhuriyyət Xalq Partiyası işi Türkiyə Böyük Millət Məclisində qaldırıb və Daxili İşlər Naziri Süleyman Soyludan məsələnin araşdırılmasını tələb ediblər. Mövzu sosial şəbəkələrdə gündəm yaradıb.

 

Gununsesi.info