Əsəd Özünü pis hiss etdi, çıxışını yarımçıq qoydu

  • By admin
  • 12 Avqust 2020 20:17

Suriya Prezidenti Bəşər Əsəd özünü pis hiss etməsi səbəbindən parlamentə müraciətini yarıda qoymağa məcbur olub.

Gununsesi.info bildirir ki, bu barədə Suriyanın Ərəb İnformasiya Agentliyi (SANA) xəbər verib.

Dövlət Agentliyinin məlumatına görə, 55 yaşlı əsəd Xalq Şurasında çıxış edirmiş. Bir anda təzyiqi düşüb və bu səbəbdən çıxışını yarımçıq kəsməyə məcbur olub.

“Lenta.ru” yazır ki, bir neçə dəqiqə sonra Əsəd çıxışına davam edib. Hadisənin digər təfərrüatları verilmir.

 

 

Gununsesi.info