Tbilisidə ara qarışdı: etirazçılar Prezident Sarayının ərazisinə basqın etdilər -FOTOLAR

  • Müəllif: Admin08
  • 04 Oktyabr 2025 20:43

Tbilisidə etiraz aksiyaları keçirilir. Etirazçılar Tbilisinin Atoneli küçəsində yerləşən Gürcüstan prezidentinin sarayının ərazisinə basqın ediblər.

Gununsesi.info gürcü KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlılar səfərbər olunub.

Etirazçılar hadisə yerinə səfərbər olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə etməyə başlayıblar.

Gununsesi.info