11-ci mərtəbədən yıxılan yeniyetmə öldü - FOTO

  • Müəllif: Firuzə
  • 20 Sentyabr 2025 15:06

Ötən gün Sumqayıt şəhərində yeniyetmə hündürlükdən yıxılıb.

Gununsesi.info xəbər verir ki, 2009-cu il təvəllüdlü Şərifov Cəsur Rəvan oğlu şəhərin 40-cı məhəlləsində yaşadığı binanın 11-ci mərtəbəsindən yerə yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

11-ci-mertebeden-yixilan-yeniyetme-oldu

 

Gununsesi.info