1990-cı ilin qanlı 20 yanvar gecəsinin 34-cü ildönümü Bakı metropolitenində də qeyd edilir.
Gununsesi.info xəbər verir ki, stansiyada platformanın əsas giriş vestibülünün ön hissəsində üzərinə “20 Yanvar. Unutmadıq, unutmayacağıq” ifadələri yazılmış qərənfillərdən kompozisiya yerləşdirilib. Şəhidlərimizin əziz xatirəsinə xüsusi ehtiramın əlaməti kimi günorta saatlarına qədər platforma boyunca hər iki stansiya yolu boyunca işçilərdən ibarət qarovul dəstəsi düzülüb.
Qeyd edək ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilmiş Bakı metropoliteninin iki əməkdaşı – “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov Şəhidlər Xiyabanında günahsız qurbanların cərgəsində uyuyur.