2020-ci il Mingəçevirin həyatında yeniliklər ili kimi qaldı - İLHAM İSMAYILOV ŞƏHƏRİN GÖRKƏMİNİ NECƏ DƏYİŞDİ? / FOTOLAR

  • By admin
  • 10 Fevral 2021 12:18

 

Mingəçevir şəhər icra hakimiyyəti ötən ilin yekunlarına dair hesabatını açıqlayıb.

İcra hakimiyyətindən Gununsesi.info-ya daxil olan hesabatda il ərzində şəhərdə görülən işlərdən söz açılıb.

Bildirilir ki, ötən il ərzində 11 ədəd doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə olan yerləri, fasadı təmir olunmuşdur. Bundan başqa   küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 151077 m2 sahəyə yeni asfalt örtük salınmış, 34249 metr səki daşı qoyulmuşdur:

 “Dostluq” parkının genişləndirilmiş hissəsində abadlıq işləri yekunlaşmışdır. Dövlət rəmzləri muzeyi istifadəyə verilmişdir.Nəsimi və İncilli  parkı tikilmişdir. Nizami küçəsində yeni parkın salınması işləri aparılmışdır.

İl ərzində  Bahar küçəsinə 2,4 km, 1-ci Məktəb küçəsinə 1,0 km, Bağlar massivinə 4,3 km, Nəsimi küçəsinə 1,1 km, H.Aslanov küçəsinə 0,3 km, Əkinçi küçəsinə 0,7 km, Bozdağ küçəsinə 1,1 km, 2-ci məktəb küçəsinə 0,7 km, Y.Muradov küçəsinə 0,87 km, Koroğlu küçəsinə 0,5 km, Ə.Şıxlinski küçəsinə 0,2 km, Puşkin küçəsinə 0,8 km, Nizami küçəsinə 0,7 km, N.Nərimanov küçəsinə 0,4 km, Z.Həsənova küçəsinə 0,4 km, Ordubadi küçəsinə 0,1 km, 20 Yanvar küçəsinə 0,4 km, M.Fərruxov küçəsinə 0,8 km, M.Maqomayev prospektinə 1,2 km, Kənar küçəsinə 0,9 km, C.Əliyev küçəsinə 0,4 km və Niyazi küçəsinə 1,1 km olmaqla ümumilikdə 20.4 km uzunluqda yol və səkilərə asfalt örtüyü çəkilmişdir.

Hesabat dövründə Dövlət Proqramının “Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi” bəndi üzrə şəhid A.Niftəliyev adına Mədəniyyət mərkəzində əsaslı təmir işləri davam etdirilmişdir.

 

“Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi”  bəndi üzrə 13 saylı tam orta məktəbin yeni tədris binasının tikintisi, 16 saylı tam orta məktəbdə əsaslı təmir işləri başa çatmış və məktəblər istifadəyə verilmişdir.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə şəhərin sosial sahələrinin işi daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

 Şəhər İcra Hakimiyyəti Şəhid ailələrinin, Qarabağ döyüşlərində yaralanmış qazilərin problemlərini daim diqqətində saxlayır. Şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə il ərzində 2 dəfə, 18 oktyabr – Müstəqillik günü və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə  233 şəhid ailəsinə, 245 nəfər Qarabağ müharibəsi əlilinə 187600 manat, 49 nəfər 2-ci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələrinə 58400 manat, 43 nəfər  2-ci Qarabağ müharibəsi qazilərinə 8600 manat olmaqla, ümumilikdə 253000 manat məbləğində vəsait ayrılmışdır. Bundan başqa  2-ci Qarabağ müharibəsində həlak olmuş 47 şəhid ailəsinə, 52 nəfər Qarabağ qazisinə ərzaq yardımı edilmiş, 1 şəhid ailəsinin evi əsaslı təmir olunmuş, 1 şəhid ailəsi və  2 nəfər qazinin mənzilinə istilik sistemi çəkilmişdir.

Açıqlamada cari il üçün həyata keçirilməsi nəzərdə tutulan işlər də müəyyən edilib.

Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ildə görülməsi nəzərdə tutulan əsas işlər bunlardır:

 

  • 17 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtüyü, fasad və girişlərinin əsaslı təmiri.
  • Sahil parkının və Heydər Əliyev prospektindəki xiyabanlarının yenidən qurulması;
  • Tarix muzeyinin qarşısındakı ərazinin yenidənqurma işlərinin davam etdirilməsi;
  • Nizami küçəsindəki bir hissəsi abadlaşdırılmış ərazidə yeni salınmış “Nizami” parkının genişləndirilməsi;
  • Bir sıra küçələrin – Günəşli yaşayış massivinin küçələrinin bir hissəsinin, İ.Qayıbov, Xətai, Z.Tağıyev, Ə.Vahid, Şəfəq, H.Hüseynov və dalanları, Babək küçələrininn əsaslı təmiri; Vaqif, Vidadi, V.Hüseynov, M.Rəhimov və Samux küçələrinin kəsişməsindəki səkilərin təmiri
  • Təmiri nəzərdə tutulan küçələrin və məhəllədaxili ərazilərin işıqlandırılması;
  • Qərb giriş qapısının, Soyqırım abidəsinin, 1941-1945 abidə kompleksində fəvvarənin yenidən qurulması;