Biləcəri qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.
Gununesi.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki,noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.
Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.











