23-cü gün: UKRAYNANIN İTKİLƏRİ AÇIQLANDI

  • By admin
  • 18 Mart 2022 21:45

Gün ərzində Rusiya aviasiyası Ukraynanın 54 hərbi obyektini, o cümlədən üç komanda məntəqəsini məhv edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi hərbi əməliyyat başlayandan indiyədək 184 pilotsuz uçuş aparatı, 1412 tank və digər zirehli döyüş maşını, 142 reaktiv yaylım atəşi sistemi, 542 səhra artilleriya və minaatan qurğusu, həmçinin 1211 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, – İ.Konaşenkov qeyd edib.

Gununsesi.info