21 yaşlı çinli qız Yaponiya sahillərində çimərkən güclü dalğalar onu dənizin ortasına salıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çinli xanım 36 saat suda qaldıqdan sonra dənizdən keçən tanker tərəfindən xilas edilib.
Bildirilir ki, Çin vətəndaşı dostları ilə birlikdə Tokionun cənub-qərbindəki İzu yarımadasının çimərliyində olub.
O, üzgüçülük halqasında üzməyə gedib və gözdən itib. Bu zaman dalğaların hündürlüyü üç metrə çatıb.
İtkin düşən qızın dostları qızın yoxa çıxması barədə polisə məlumat veriblər. Okeana daşınan çinli qadın, İzu çimərliyindən 80 km aralıda keçən yapon tankeri tərəfindən təsadüfən aşkarlanıb.
Daha sonra sahil mühafizə helikopteri qurbanı Yokohamadakı xəstəxanaya çatdırılıb.
Ceyhun
Gununsesi.info