40 yaşlı kişini bıçaqlayaraq öldürən şəxs saxlanıldı

  • Müəllif: Firuzə
  • 08 Fevral 2026 23:06

Göygöldə 40 yaşlı kişini bıçaqlayaraq öldürüb dərəyə atan şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən Göygöl rayon Mollacəlilli kənd sakini 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Gununsesi.info