5 saylı DOST Mərkəzində çalışacaq işçilərin sayı AÇIQLANDI

  • By admin
  • 28 Dekabr 2022 12:47

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzində 120 nəfərə yaxın işçi heyəti çalışacaq.

Gununsesi.info xəbər verir ki, mərkəzdə həmçinin, “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü fəaliyyət göstərəcək.

Burada gün ərzində 650-700 vətəndaşa xidmətin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

Gununsesi.info