56 il sonra bəraət aldılar

  • By admin
  • 19 Noyabr 2021 15:51

“Malkolm X” sui-qəsdində təqsirləndirilən 2 nəfər yarım əsrdən sonra bəraət qazanıb.

Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, Nyu-York Ştatının Ali Məhkəməsinin İnzibati hakimi Ellen Biben 1965-ci ildə Malkolm X-in öldürülməsində təqsirli bilinən Məhəmməd Əziz və Xəlil İslama qarşı hökmlərin götürülməsi barədə vəsatəti təmin edib.

Beləliklə, hər iki məhkuma yarım əsrdən də artıq müddət keçdikdən sonra bəraət verilib.

Məhkəmənin 22 aylıq araşdırmalardan sonra bu qərara gəldiyi bildirilir.

Gununsesi.info