Britaniya Baş Qərargah rəisi Üçüncü Dünya müharibəsinin qarşısını almağa çağırdı


Britaniya və onun müttəfiqləri Rusiyanın Ukraynaya təcavüzündən sonra “1937-ci il anı” ilə üzləşirlər və növbəti dünya müharibəsinin qarşısını almaq üçün əllərindən gələni etməlidirlər.

Bu barədə Britaniya Ordusu Baş Qərargahının yeni rəhbəri Patrik Sandersin Londonda hərbi konfransda məlumat verəcəyi gözlənilir.

General Patrik Sanders Rusiya Prezidenti Vladimir Putin və onun “ekspansionist ambisiyaları”nın suverenlik, demokratiya və zorakılıq olmadan yaşamaq azadlığına indiyə qədər tanıdığı ən böyük təhlükə olduğunu bəyan etmək fikrindədir.

Ordu baş komandanı vəzifəsini ötən aydan etibarən icra etməyə başlayan Sandersin yeganə məqsədinin “Avropada müharibənin qarşısını almaq üçün müttəfiqlərimiz və NATO tərəfdaşlarımızla birlikdə döyüşməyə və qalib gəlməyə hazır olan ordunun səfərbər edilməsi” olduğunu söyləyəcəyi gözlənilir.

Sandersin bununla bağlı xəbərdarlığını müdafiə naziri Ben Uollesin də dəstəkləyəcəyi və həmçinin onun da NATO sammitinə səfərdən əvvəl hərbi konfransda çıxış edəcəyi planlaşdırılır.

“Bu, bizim 1937-ci ildəki anımızdır”, – deyə ordu komandanı İkinci Dünya müharibəsindən əvvəlki həlledici dövrə aid hadisələri nəzərdə tutur.

“Biz müharibə vəziyyətində deyilik, amma tez hərəkət etməliyik ki, ərazi ekspansiyasını təmin edə bilmədiyimiz üçün müharibəyə cəlb olunmayaq… Britaniya ordusunun müharibənin qarşısının alınmasında öz rolunu oynaması üçün əlimdən gələni edəcəyəm”, – deyə o, fikrini bəyan edib.

Bu çağırış ordunun kibermüharibə və uzaqmənzilli raketlər kimi yeni texnologiyalar tətbiq etməklə, ənənəvi hərbi bacarıqlarını qoruyaraq modernləşdirmək zərurətində olduğunu ifadə edir.

Gununsesi.info