Şəmkirdə iki yük maşını toqquşub, xəsarət alanlar var

  • Müəllif: Admin08
  • 18 Sentyabr 2025 19:44

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford Tranzit “ilə “Qazel” markalı yük maşınları toqquşub.

Qəza zamanı 1985-ci il təvəllüdlü H.Namazov və N.Namazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info