Motosiklet daş lövhəyə çırpıldı - Sürücü öldü

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2025 10:29

Neftçalada motosiklet daş lövhəyə çırpılıb, sürücü ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Ərziman Fərəcov “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə hərəkətdə olarkən idarəetməni itirib.

O, yolun kənarında olan daş lövhəyə çırpılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Gununsesi.info