Mingəçevirdə 19 yaşlı qızın meyti tapıldı

  • Müəllif: Firuzə
  • 18 Oktyabr 2025 15:46

Mingəçevirdə 19 yaşlı qızın meyti tapılıb.

Gununsesi.info xəbər verir ki, Günəşli Bağlar adlanan ərazidə 19 yaşlı qızın meyti yaşadığı ünvanda aşkar edilib.

İlkin məlumata görə, 2006-cı il təvəllüdlü Ləman Bayramovanın qız toyu olub. Noyabr ayının 1-də isə oğlan toyu olacaqmış.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı araşdırma başlanıb.

 

Gununsesi.info