Piyadaların iştirakı ilə qeydə alınan yol qəzaları təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə itkilər hesabına başa gəlir. Təkcə cari ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59.6 faizini təşkil edib.
Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamayıb: “Təəssüf ki, piyadaların məhz piyada keçidlərin yaxınlığında vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını yenidən gündəmə gətirir.











