UEFA Çempionlar Liqasında həftənin oyunçusu o seçildi

  • Müəllif: Admin08
  • 23 Oktyabr 2025 20:19

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun seçilməsi üçün aparılan səsvermənin nəticələri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, qalib “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes seçilib.

Belə ki, o, “Olimpiakos”la matçda üç qol vuraraq komandasına 6-1 hesabı ilə darmadağın etməyə kömək edib.

Qeyd edək ki, F. Lopes səsvermədə “Atletik Bilbao”dan Qorka Quruzetanı, PSV-dən Dennis Meni və “Borussiya”dan Feliks Nmeçanı qabaqlayıb.

Gununsesi.info