Daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verildi

  • Müəllif: Firuzə
  • 12 Noyabr 2025 17:21

Azərbaycan Mərkəzi Bankı (AMB) Money Shop MMC-yə Bakıda daha bir valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verib.

Gununsesi.info bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da şirkətin valyuta mübadiləsi məntəqələrinin sayı 2-yə çatıb. Yeni məntəqə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında fəaliyyət göstərəcək.

Hazırda “Money Shop”dan başqa daha 6 şirkət – “Eliko”, “Delta Capital”, “Zuhur”, “Bakı Mərkəzi Valyuta”, “Meta-Kapital” və “MMK-014” MMC-lər müvafiq lisenziyaya malikdirlər.

Xatırladaq ki, “Money Shop” ilk lisenziyanı 2024-cü ildə alıb.

 

Gununsesi.info