Zelenski və İlham Əliyev arasında telefon danışığı olub

  • Müəllif: Firuzə
  • 14 Noyabr 2025 16:13

Ukrayna Prezidenti  Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. 

Gununsesi.info  xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat dərc edib.

Qeyd olunur ki,  liderlər noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsini müzakirə ediblər.

 

Gununsesi.info