“Regionlarda yaşayan gənclərin Bakı şəhərinə axınının qarşısının alınması üçün də xüsusi tədbirlərin həyata keçirilməsi vacibdir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev noyabrın 19-da keçirilən plenar iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:

“Bəlkdə kəndlərdən şəhərlərə köçü başa düşmək olar. Amma, şəhərlərdən Bakıya köç bizi düşündürməlidir”.
Deputat, həmçinin Gəncə şəhərində yeni iş yerlərinin açılması üçün sahibkarlara əlavə imkanların yaradılmasının vacibliyini vurğulayıb:
“Həmçinin Dəmir Yollarının inkişafı, xüsusilədə regionlardan sərnişin daşımanın gücləndirilməsi nəticəsində bu sahəyə tələbat artmışdır. Hər kəs rahat və təhlükəsiz nəqliyyat vasitəsilə səfər etmək istəyir. Bu səbəbdən Bakı-Ağstafa-Bakı istiqamətində gün ərzində həyata keçirilən reyslərin sayının yalnız bayram günlərində deyil, mütamadi olaraq artılılmasına dəstək vermənizi xahiş ediəm”.
Deputat Gəncədə parklanma məsələlərinə də toxunaraq bildirib ki, şəhərdə nəzarət və müasir sistemlərin olmaması tıxacları artırır:
“Qeyd etdiyim kimi Gəncə şəhərində sərnişin daşımada ciddi irəliləyiş əldə olunub. Lakin, şəhərdə parklanma qaydalarına nəzarətin mümkün olmaması, müasir həllərin tətbiq edilməməsi tıxac və digər problemləri ortaya çıxardıb. Xahiş edirəm ki, Bakı şəhərində olduğu kimi Gəncə şəhərində də parklanma sistemləri qurulsun. Bu həm tıxac problemini həll edəcək, həmçinin vəsaitlərin dövlət büdcəsinə daxıl edilməsi reallaşacaq”.
Şəbnəm












