Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Gununsesi.info xəbər verir ki, səfər 23-24 iyun tarixlərini əhatə edəcək.
N.Kurtulmuşun Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək konfransda müxtəlif mövzular barədə çıxış edəcəyi gözlənilir.
O həmçinin tədbirdə iştirak edəcək xarici həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.











