“Telecom Armenia” ASC ilə “Azertelecom” şirkəti iki ölkə ərazisindən kommersiya əsaslı internet tranzitinin ötürülməsi və təchizatını təmin edən ikitərəfli müqavilə imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.
Müqaviləyə əsasən, “Telecom Armenia” öz infrastrukturundan istifadə etməklə Azərbaycana internet tranziti təmin edəcək. Bununla da region ölkələri arasında beynəlxalq internet trafikinin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.
Sənədin əsas məqsədi regionda rabitə marşrutlarının şaxələndirilməsini təşviq etmək, telekommunikasiya şəbəkələrinin etibarlılığını artırmaq və sahə üzrə əməkdaşlığın inkişafına töhfə verməkdir.











