Butulka ilə 14 yaşlı oğlana xəsarət yetirdi

  • Müəllif: Firuzə
  • 05 Dekabr 2025 16:32

Daşkəsəndə 14 yaşlı yeniyetmə dava zamanı xəsarət alıb.

Gununsesi.info -nun məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2011-ci il təvəllüdlü E.Orucov qulağının, qollarının və baş nahiyəsinin kəsilmiş yarsı ilə xəstəxanaya çatdırılıb. Ona yardım edilib, hazırda yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, yeniyetmə dostu tərəfindən butulka ilə vurulub. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info