Orban Türkiyədədir

  • Müəllif: Firuzə
  • 08 Dekabr 2025 10:49

Macarıstan Baş naziri Viktor Orban Türkiyəyə səfər edib.

Gununsesi.info “NTV”yə istinadən xəbər verir ki, Orbanı hava limanında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu qarşılayıb.

Macarıstanın hökumət başçısı səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

Gununsesi.info