Aİ-də dondurulmuş Rusiya aktivlərinin açılması üçün ixtisaslı çoxluq tələb olunur

Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin açılması məsələsi ilə bağlı qərar yalnız üzv ölkələrin ixtisaslı çoxluqla səs verməsi halında qəbul edilə bilər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, bunun üçün Aİ-yə üzv 27 ölkədən azı 16-sının, yəni təxminən 60 faizinin “lehinə” səs verməsi tələb olunur. Eyni zamanda, səs verən bu ölkələr Avropa İttifaqı əhalisinin 55 faizindən çoxunu təmsil etməlidir.

Onun sözlərinə görə, bu mexanizm Aİ-nin mövcud qərar qəbuletmə qaydalarına uyğun olaraq tətbiq edilir.

 

Günay

Gununsesi.info