İstanbul – İrəvan təyyarə reysi bu tarixdə açılacaq

  • Müəllif: Ayshan
  • 22 Dekabr 2025 22:19

İstanbul-İrəvan təyyarə reysi gələn il fəaliyyətə başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç bildirib:

“Türk Hava Yolları İstanbul-İrəvan-İstanbul marşrutu üzrə gündəlik uçuşlar həyata keçirməyə başlayacaq”.

O, birbaşa uçuşların 11 mart 2026-cı ildə başlayacağını açıqlayıb.

Gununsesi.info