Keçmiş məhkum dəm qazından boğulub öldü

  • Müəllif: Firuzə
  • 27 Dekabr 2025 14:27

İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Çahar kəndində baş verib.

Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info