İlham Əliyev Kuba Respublikasının Prezidentini təbrik edib

  • Müəllif: Firuzə
  • 01 Yanvar 2026 12:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesi təbrik edib.

Gununsesi.info  xəbər verir ki, təbrik məktubunda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Gununsesi.info