Zəngilanın Məmmədbəyli kəndinə daha 20 ailə yola salındı

  • Müəllif: Firuzə
  • 27 Yanvar 2026 09:32

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Gununsesi.info xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 20 ailə – 103 nəfər köçürülüb.

Gununsesi.info