Qızılın qiyməti 5 500 dollar həddini keçdi

  • Müəllif: Firuzə
  • 29 Yanvar 2026 09:25

“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 5 500 dolları keçərək, yeni rekord səviyyəyə çatıb.

Gununsesi.info xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

Bakı vaxtı ilə saat 08:27-yə olan məlumata görə, qiymətli metalın qiyməti 4.39% artaraq, trua unsiyası üçün 5 536.30 dollara çatıb.

Gununsesi.info