Gəncədə şirkət rəhbəri yağ oğurladı

Gəncə şəhərində şirkət rəhbəri marketdən yağ oğurladığı üçün saxlanılıb.

 

Gununsesi.info Qaynarinfo.аz-a istinadən xəbər verir ki, MMC-lərdən birinin direktor vəzifəsində işləyən şəxs marketdən oğurluq etdiyi üçün məsuliyyətə cəlb olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.

 

Məlum olub ki, o, mağazadan ümumi dəyəri 75 manat olan 3 ədəd “Anhcor” markalı kərə yağını oğurlayıb.

 

Məhkəmənin ilkin hökmü ilə təqsirləndirilən şəxs 10 gün həbs cəzasına məhkum edilib. Daha sonra o, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib və hökm dəyişdirilib: 10 günlük həbs cəzası 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri ilə əvəz olunub.

 

Şəxs dərhal həbsdən azad edilib.

 

 

Gununsesi.info