Nə Vaşinqton, nə də Tehran qazanacaq - Pezeşkian

  • Müəllif: Firuzə
  • 01 Fevral 2026 10:27

Nə Vaşinqton, nə də Tehran Yaxın Şərqdə baş verəcək müharibədən heç nə qazana bilməz və bu, yalnız bütün regionu qeyri-sabitləşdirəcək.

Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkianın sözlərinə görə, İran hazırda müharibə axtarmır və bunun İranın, ABŞ-ın və ya bütövlükdə regionun maraqlarına uyğun olmadığına dərindən əmindir.

İran prezidenti bildirib ki, Vaşinqton Tehranı təhdid və təzyiq yolu ilə danışıqlara məcbur etməyin mümkün olmadığını anlayıb:

“Ərazimizə qarşı hər hansı bir təcavüz və ya hücumun qətiyyətli və güclü cavabla qarşılanacağı aydındır. Lakin İran diplomatik həll yolu axtarmağa davam edir”.

Gununsesi.info