Hindistanın Baş Qərargah rəisi Ermənistana gəldi

  • Müəllif: Firuzə
  • 01 Fevral 2026 21:29

Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisi general Anil Çauhani fevralın 1-də Ermənistana rəsmi səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər haqda əlavə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Ermənistan Hindistandan külli miqdarda silah-sursat və hərbi texnika almağa davam edir.

Gununsesi.info