“Dedi-qodu edənlər çəki alırlar” -MÜĞƏNNİ

Müğənni Günel Zeynalova “İncə səhər” verilişində maraqlı fikirlər səsləndirib.

Gununsesi.info xəbər verir ki, müğənni arıqlamağın səbəblərindən biri ilə bağlı danışıb.

Onun fikrincə, dedi-qodu etmək həm günahdır, həm də insanın artıq çəki almasına səbəb olur:

“Dedi-qodu edənlər tez kökəlir. Dedi-qodu günahdır və Allah bu əməli bəyənmir.

Yanımda kimsə başqası haqqında danışanda deyirəm ki, görmüsən bunu? Danışma, mən bu barədə bilmək istəmirəm. Çünki dedi-qodu insanı həm mənəvi, həm də fiziki cəhətdən zərərə salır. Evdə əlinə telefonu alıb dedi-qodu edə-edə nəsə yemək də artıq çəkiyə səbəb olur. Elə buna görə də dedi-qodudan uzaq durmaq lazımdır”,-deyə müğənni əlavə edib.

 

Günay

Gununsesi.info