Azərbaycan onları Türkiyəyə təhvil verdi

  • Müəllif: Firuzə
  • 08 Fevral 2026 12:26

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan “qırmızı bülleten”lə axtarışda olan 16 nəfəri Türkiyəyə ekstradisiya edib.

Gununsesi.info  xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında paylaşıb.

Bildirilib ki, ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.

Gununsesi.info