10 gün əvvəl hamamda yıxılan kişi xəstəxanada öldü

  • Müəllif: Firuzə
  • 13 Fevral 2026 09:34

Şəkidə 65 yaşlı kişi xəstəxanada vəfat edib.

Gununsesi.info  xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl hamamda yıxılaraq kəllə-beyin travması alıb.

Ağır xəsarət alan Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o, bu gün aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info